Ana Səhifə arrow Xəbərlər
Advertisement
Xəbərlər
"Bank of Baku " avro kartlar emissiya edir E-mail
İstifadəçi səsləri: / 2
Müəllif Samir Mastaliyev   
Friday, 19 October 2007
Cari il, oktyabr ayından etibarən ASC "Bank of Baku" müştərilərə plastik kart hesablarını avroda açmaq imkanını yaradır. Yeni xidmətin tətbiqi ölkənin valyuta bazarında avronun möhkəmlənməsi və əhalinin şəxsi vəsaitlərinin avroda saxlanmasına olan tələbatın yüksəlməsindən irəli gəlir. Plastik kartların avroda açılışı bank müştərilərinə, xüsusilə müntəzəm olaraq Avropaya səyahət edən müştərilərə, məhsul və xidmətlərə görə ödənişləri Avro valyutası ilə apararkən kartın bütün üstünlüklərindən istifadə etmə, həmçinin valyuta məzənnələri dəyişərkən valyuta risklərindən qaçmaq imkanını yaradacaq.
Yeni xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, ABŞ dolları və ya Rus rublu valyutasında olan kartlardan fərqli olaraq, müştərilər Avropa ölkələrində ödəniş zamanı avro kartlarla aparılmış POS-terminal və ATM əməliyyatları üzrə konvertasiya komissiyasından azad olurlar. Qeyd edək ki, "Bank of Baku" MasterCard İnt. şirkəti ilə 2004-cü il oktyabr ayından əməkdaşlıq edir və onun prinsipial üzvü sayılır.
Davamı...
 
Sahenin reqabet qabiliyyetinin analizi E-mail
İstifadəçi səsləri: / 1
Müəllif Samir Mastaliyev   
Saturday, 06 October 2007
 Sahənin, şirkətin, müəssisənin inkişafının alternativ istiqamətlərinin seçilməsi imkanlarının analizi aparılarkən, yeni strategiyaya baza yanaşmasının formalaşması üzrə əsas işlər görülür. Strateji planın başlıca hazırlıq mərhələlərini ətraflı nəzərdən keçirməzdən əvvəl, analitik üçün tələb olunan informasiya barədə qeyd etmək lazımdır. Bu informasiyanın alınması, təshih edilməsi, məlumat bazasının aparılması müəssisənin ciddi maliyyə xərcləri, təşkilati qüvvə və ixtisaslı menecerlərin olmasını tələb edən vəzifəsidir. Lakin informasiya ilə hətta çox yaxşı qurulmuş iş zamanı bir sıra hallarda real informasiya əldə etmək sadəcə qeyri-mümkündür. Bu, məsələn, xarici şəraitin dəyişməsinin qeyri-müəyyənliyinə və ya rəqiblərin xərclərinin strukturuna dair məlumatlara aiddir ki, bunlar bir qayda olaraq, onların kommersiya sirri hesab edilir.
Davamı...
 
Bank Respublika 25000-ci plastik kartinin buraxilisini qeyd etdi E-mail
İstifadəçi səsləri: / 0
Müəllif Samir Mastaliyev   
Tuesday, 02 October 2007
 Bank Respublika 25 000-ci plastik kartının buraxılışını qeyd etdi. Bu münasibətlə Bankın baş ofisində 25 000-ci kartın sahibinə şəhadətnamə və hədiyyə təqdim olunmuşdur.
Bank Respublika müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Bank Respublika kartlar üzrə ilə sadəcə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5 000-dək AZN / USD / EUR məbləğində 35 günədək faizsiz kredit xətti almaq imkanı yaradır. Bank həmçinin kartlar üzrə Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər də göstərir.
Davamı...
 
Bank of Baku "Maliyye Marketi " yaradir E-mail
İstifadəçi səsləri: / 0
Müəllif Samir Mastaliyev   
Tuesday, 02 October 2007
Cari ilin sentyabr ayında "Bank of Baku" ASC "Müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi" proqramı çərçivəsində ölkəmizin strateji baxımdan yüksək templərlə inkişaf edən və tarixi şəhərləri sayılan Lənkaran və Gəncə şəhərlərində 2 yeni filialını açdı."Gəncə" filialı - Nizami r-nu, Cavadxan küç. 38 (Mərkəzi Gəncə Univermağının yaxınlığında), "Lənkaran" filialı isə - H.Aslanov xiyabanı 1 ünvanında yerləşir.
Bankın son bir il ərzində filial şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığı siyasəti nəticəsində 4 regional filialı fəaliyyətə başlamışdır (Sumqayıt, Şəki, Gəncə, və Lənkaran şəhərlərində).
Davamı...
 
Bank Respublika ehaliye ipoteka kreditleri teklif etmeye baslamisdir E-mail
İstifadəçi səsləri: / 4
Müəllif Samir Mastaliyev   
Thursday, 13 September 2007
Bank Respublika öz proqramı üzrə əhaliyə 10 ilədək müddətə ipoteka kreditləri təklif etməyə başlamışdır. İpoteka kreditlərinin faiz dərəcəsi illik 15%-dən başlayır.
Kreditin məbləği Borcalanın ödəniş qabiliyyətindən asılıdır. Kreditin ödənişi hər ay bərabər hissələrlə (annuitet) həyata keçirilir, aylıq ödəniş isə borcalanın aylıq xalis (təmiz) gəlirinin 70%-dən çox ola bilməz.
Kreditin məbləği Bakı, Gəncə və Sumqayıt şəhərlərində alınan əmlakın qiymətinin 70%-dək, digər şəhərlərdə isə alınan əmlakın qiymətinin 60%-dək ola bilər.
İpoteka kreditini 21-dən 55-dək yaşda olan şəxslər ala bilər. Kreditin son ödəniş tarixinə borcalanın yaşı pensiya yaş həddindən çox olmamalıdır.

Təminat qismində həm alınan daşınmaz əmlak, həm də digər yaşayış, qeyri-yaşayış və torpaq sahəsi qəbul oluna bilər. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlak və Borcalanın həyatı kreditin həcmindən az olmamaq şərti ilə sığortalanır.
İpoteka kreditlərinin şərtləri haqqında daha ətraflı məlumatla 144 nömrəsi ilə banka zəng etməklə və ya Bankın hər-hansı ofisinə müraciət etməklə almaq olar. Həmçinin, 598 08 00 (daxili 241) nömrəli “Qaynar xətt” vasitəsilə Bankın əməkdaşları maraq doğuran sualları cavablandırırlar.
 
<< Başlanğıc < Əvvəlki 1 2 3 Növbəti > Son >>

Nəticələr 1 - 9 of 20