|
Kredit riskleri |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Wednesday, 05 March 2008 |
Portfel risklərinin analizi və modelləşdirilməsi olduqca çətin bir iş olduğundan bu modellərin yaradılmasınada müxtəlif tərəflərdən yanaşmalar mövcuddur. Bu modellərin bir-birindən əsas fərqləridə məhz həmən yanaşmalardadı. Məsələn, bir modelin üstün faktor kimi tutduğu və modelin məhz həmən faktora əsaslanaraq və ona daha çox diqqətin cəlb edilməsi ilə qurulur , lakin digər modeldə bu faktor ikinci dərəcəli faktor hesab edilərək digər faktorlar ön plana çəkilir. Ümumiyyətlə məlum olan portfel kredit riskinin qiymətləndirilməsi modellərinin hamısını aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar :
|
|
Davamı...
|
|
|
Marketinqin tarixi |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Thursday, 03 January 2008 |
|
Müəddif: Devid Kurts – Arkanzas Universitetinin professoru, biznes və marketinq üzrə 48 kitabın müəllifi. Material ixtisarla, ingilis dilindən tərcümə olunmaqla dərc edilir.
Marketinqin mahiyyəti bir və ya daha çox tərəfin öz tələblərini yerinə yetirmək üçün bir-biri ilə nə isə dəyərli bir şeylə mübadilə prosesi aparmasıdır. Bir halda, insanlar pullarını CD, geyim və ya avtomobil kimi maddi əşyalara verir. digər halda qeyri-maddi, məsələn, uşaqlara baxmaq üçün, bərbərxanada saç düzümü və ya konsertə getmək üçün pul verirlər. Elə situasiyalar da vardır ki, insanlar öz vəsaitlərini və ya vaxtlarını əvəzsiz verirlər, deyək ki, Qırmızı Xaç təşkilatına qan verir, yeni idman zalının, kilsə və ya məktəb tikintisi üçün ianə verir və ya ətraf mühitin yaxşılaşdırılması üzrə kampaniyada iştirak edirlər. Marketinqin həmişə biznesin bir hissəsi olması və belə də qalmasına baxmayaraq, onun mühümlüyü xeyli dəyişir. Marketinq tarixində dörd dövrü nəzərdən keçirək: 1) istehsal dövrü; 2) satış dövrü; 3)marketinq dövrü; 4) qarşılıqlı münasibətlər dövrü. |
|
Davamı...
|
|
|
Maliyye riyaziyyati ne ucun lazimdir? |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Wednesday, 03 October 2007 |
Maliyyə riyaziyyatı – kifayət qədər dar fənn olsa da, son dərəcə praktiki və tutumludur. Biz maliyyə riyaziyyatının geniş anlayışını investisiya analizi, maliyyə menecmenti, bank işi və s. kimi bütün gələcək əlavələrin əsası kimi təqdim edirik. Maliyyə riyaziyyatı kommersiya və maliyyə əməliyyatlarının parametrlərini tədqiq edir, onların maliyyə nəticələrini qiymətləndirir. |
|
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 03 October 2007 )
|
|
Davamı...
|
|
|
Metbuat konfransini nece uqurla kecirmek olar? |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Monday, 10 September 2007 |
Təcrübi olaraq hər hansı təşkilat vaxtaşırı mətbuat konfransları keçirir. Firma özünü doğrultmaq və ya onun üçün əlverişsiz şərait yarandığı zaman izahat vermək üçün, məsələn, onun günahından istehsalatda baş vermiş qəzadan ətraf mühitə zərər dəydikdə, istehlakçı üçün buraxdığı məhsulun zərərli olması aşkarlandıqda və.s. hallarda mətbuat konfransı çağırır. Hökumət nümayəndələri də mətbuat konfransları təşkil edirlər. Şəhər hakimiyyəti orqanları şəhər icra başçısına mətbuat işçilərinin suallarına cavab vermək və həmin anda xalqa nəyinsə barədə sözlərini çatdırmaq imkanı yaratmaq üçün mətbuat konfransı keçirə bilərlər. O, işə muzdla götürmə siyasətini başa sala, mətbuat nümayəndələrini yeni açılan kitabxananın açılış mərasiminə dəvət edə bilər və s.
|
|
Axırıncı dəyişiklik tarixi ( Monday, 10 September 2007 )
|
|
Davamı...
|
|
|
Xarici iqtisadi fYaliyyYtin ucutonun teskili ve onun tekmillesdirilmesi |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Tuesday, 14 August 2007 |
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq, xarici iqtisadi fəaliyyətin yeni mexanizmlərinin yaranması, təsərrüfat subyektlərinin xarici bazara çıxışının liberallaşdırılması XİF-in uçotu qarşısında mühüm vəzifələr qoymaqla, onun mühasibat standartları üzrə Beynəlxalq Komitənin tövsiyyələrinə uyğun olaraq təkmilləşdirilməsini tələb edir. Xarici iqtisadi fəaliyyətin uçotu, ilk növbədə, xarici ticarət təşkilatlarının həyata keçirdiyi təsərrüfat əməliyyatlarını tam şəkildə əks etdirməlidir. 1Xarici iqtisadi fəaliyyətin təşkili ilə əlaqədar aparılan islahatlar son zamanlar beynəlxalq iqtisadi əməkdaşlığın yeni formalarının əmələ gəlməsinə, bu da öz növbəsində xarici ticarət əməliyyatları sisteminin genişlənməsinə səbəb olmuşdur. İdxal, ixrac, təkrar ixrac əməliyyatlarından başqa, xüsusilə də kooperasiya, konsiqnasiya formasında göndərmələr, təsərrüfat vasitələrinin bir ölkədən digərinə icarəyə verilməsi (lizinq, reytinq, xayrinq), texniki, iqtisadi biliklərin, əldə edilmiş təcrübənin dövlətlərarası mübadiləsi (nou-hay, patent), sənaye, kənd təsərrüfatı və digər infrastruktur obyektlərin tikintisi üzrə xidmətlərin həyata keçirilməsi (injinirinq), beynəlxalq kreditlər və hesablaşmaların aparılması (fofeytinq, faktorinq) və digər əməliyyatlar xarici iqtisadi fəaliyyət sferasına daxil olmuş və uçotun daha real həyata keçirilməsini təmin etmişdir. |
|
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 15 August 2007 )
|
|
Davamı...
|
|
|
|
<< Başlanğıc < Əvvəlki 1 2 Növbəti > Son >>
|
| Nəticələr 1 - 9 of 11 |