|
Top menecerler harada oxuyurlar??? |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Thursday, 01 May 2008 |
İnformasiya erasında biliklər vəzifə pilləkənində irəliləyişin az qala ən maşlıca vasitənə çevrilmişdir. Bilik uğurun vacib şərtidir. Müasir həyatın ən çox tələb olunan əmtəəsi və əməkdaşların müəyyən informasiyaya malik olması istənilən müəssisənin rəqabət qabiliyyətli olması üçün, həmçinin əmək bazarında işçilərin hər biri üçün vacibdir.Sovetlər dövründə həyat yolunun başlanğıcında peşə və iş seçimi ilə bir vaxtda təhsil almaq konsepsiyası artıq keçmişdə qalmışdır. İndi insanın özünü müəyyən etməsi hər gün baş verir, vəzifələr hər saat dəyişir, ümumi qloballaşmanın dəyişən şəraitində daim yeni bilik və vərdişlər almaq və bunlara uyğunlaşmaq lazım gəlir. Əgər əvvəllər hər hansı geriləyən əməkdaşı kollektiv arxasınca birtəhər apara bilirdisə, indi bazar iqtisadiyyatında ixtisasda hər hansı çatışmazlıq, boşluq dərhal üzə çıxır və birbaşa əmək haqqında öz əksini tapır. |
|
Davamı...
|
|
|
Treyderler ipoteka bohranindan milyardlarla dollar qazandilar |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Thursday, 24 January 2008 |
Daşınmaz əmlak bazarında ifliclə bağlı böhranda pullarını itirənlərin sayı olduqca çoxdur. Lakin çox da tanınmayan hec-fondlar rəisi Con Polson böhrandan udmuşdur – o, bunu hələ iki il öncə görürmüş. Onun idarə etdiyi fondlar daşınmaz əmlak bazarına qarşı oyun hesabına 15 mlrd. dollar artmışdır. Cənab Polsonun özü isə 3-4 mlrd. dollar qazanmışdır – bunun, Uoll Stritin tarixində ən böyük əmək haqqı olduğu hesab edilir. İndi, maliyyə tarixində böyük dönüş baş verdiyi bir vaxtda cənab Polson keçmiş ABŞ Federal Ehtiyat Xidmətinin rəhbəri Alan Qrinspeni müşavir qismində saxlayır, halbuki çoxları Qrinspeni ipoteka bazarında «sabun köpüyünün» şişirdilməsində, bununla da faiz dərəcələrini aşağı səviyyədə saxlamaqda günahlandırır. |
|
Davamı...
|
|
|
Bazarin celbediciliyinin analizinin |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Thursday, 17 January 2008 |
Seqmentasiyanın strategiyası coğrafi, psixoqrafik, davranış və ya demoqrafik prinsiplər əsasında fərqlənən xüsusi və çox vaxt yeganə bazar seqmentində rəqiblər üzərində üstünlüyün təmin edilməsinə yönəldilmişdir. Onun zəruriliyi təklif olunan məhsulun, istehlakçıların, bazarların milli xüsusiyyətlərinin xarakteristikalarının müxtəlifliyindən doğmuşdur. Strategiyanın başlıca ideyası ondan ibarətdir ki, müəssisə özünün dar məqsədli bazarında öz resurslarını bütöv bazarda cəmləşdirən rəqiblərdən daha səmərəli xidmət göstərə bilər. Nəticədə rəqiblər üzərində üstünlük ya məqsədli bazarın ehtiyaclarının daha tam ödənilməsi əsasında, ya da seçilmiş seqmentə xidmət zamanı daha az xərclərə nail olunmaqla əldə edilir. Baza bazarının bölgüsü prosesinə makroseqmentasiya və mikroseqmentasiya daxildir. |
|
Axırıncı dəyişiklik tarixi ( Thursday, 17 January 2008 )
|
|
Davamı...
|
|
|
Investisiyalarin semereliliyinin qiymetlendirilmesi metodlari |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Wednesday, 28 November 2007 |
|
İnvestisiya layihələri müəssisələrin tələbatlarından doğur. İnvestisiya layihələrinin həyat qabiliyyətliliyinin əsas şərti müəssisənin təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəlməsində öz əksini tapan investisiya siyasətinə və strateji məqsədlərinə uyğun olmasıdır. İnvestisiya layihələrinin səmərəliliyinin qiyməti investisiya analizinin başlıca elementlərindən biri olub, bir neçə investisiya layihələrindən daha səmərəli olanı düzgün seçmək, investisiya proqramlarını təkmilləşdirmək və riskləri minimuma endirmək vasitəsidir.
İnvestisiya layihələrinin qiymətləndirilməsi metodları bütün hallarda heç də yeganə ola bilməz, belə ki, investisiya layihələri məsrəflərinin miqyaslarına, faydalı istifadə müddətlərinə, həmçinin faydalı nəticələrinə görə xeyli dərəcədə fərqlənirlər. |
|
Davamı...
|
|
|
Iqtisadi artimin amilleri ve tipleri |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Monday, 29 October 2007 |
İqtisadiyyatın artım qabiliyyəti bir sıra amillərdən asılıdır ki, bunlar istehsalın real həcminin uzunmüddətli artmasının sürət və miqyasını, bu artımın səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi imkanlarını müəyyən edən hadisə və proseslərdir. İqtisadi artıma təsir üsullarına görə birbaşa və dolayı amilləri fərqləndirirlər. Birbaşa amillər dedikdə, bu artımı fiziki surətdə mümkün edən amillər başa düşülür. Bu qrupa aşağıdakı təklif amilləri daxildir: • əmək resurslarının miqdarı və keyfiyyəti; • təbii resursların miqdarı və keyfiyyəti; • əsas kapitalın həcmi; • istehsalın texnologiyası və təşkili; • cəmiyyətdə sahibkarlıq qabiliyyətlərinin inkişaf səviyyəsi. |
|
Davamı...
|
|
|
|