|
Bank Respublika 2007-ci ilin 9 ay1n1n nYticYlYrinY yekun vurdu |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Friday, 19 October 2007 |
Bank Respublika-nın aktivləri bu ilin əvvəlindən etibarən 92,6% artaraq 1 oktyabr 2007-ci il tarixinə 214.4 mln. manat olmuşdur. Bankın kredit portfelinin həcmi isə bu ilin 9 ayı ərzində 91,9% artaraq 146,0 mln. manata çatmışdır. Müştərilərin depozitləri hesabat dövründə 2 dəfədən də çox artmış və 105,8 mln. manatı keçmişdir. Əhalinin əmanətlərinin həcmi isə 82% artaraq bu ilin 1 oktyabr tarixinə 48,5 mln. manat olmuşdur. Qeyd edilən dövr ərzində Bank Respublika-nın məcmu kapitalı da 65,7% artaraq 20,4 mln. manata çatmışdır. Bank Respublika-nın bu ilin yanvar-sentyabr ayları ərzində gəlirləri 20,7 mln. manat, xərcləri isə 16,5 mln. manat olmuşdur. Bu dövr ərzində Bankın balans mənfəəti 4,2 mln. manat olmuşdur. |
|
|
AtaBank ASC yeni reklam kampaniyasini hazirlamiladir |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Sunday, 15 July 2007 |
İyul ayının əvvəlindən televiziya ekranlarında “AtaBank” ASC-nin yeni reklam kampaniyası start götürəcək. Reklam çarxları bankın tətbiq etdiyi “Kartdan karta” xidmətinə həsr olunmuşdur. Xatırladaq ki, bu xidmət vasitəsi ilə kart sahibləri istənilən valyutada pul vəsaitlərini bankomatlardan digər kart hesabına bir dəqiqə ərzində köçürə bilərlər. Müştərilər adı çəkilən xidmətə avtomatik və tam pulsuz qaydada qoşulurlar. Artıq “Kartdan karta” xidmətindən istifadə edərək “AtaBank”, “Bank Respublika” və ABB banklarının kart sahibləri bir-birlərinə vəsait köçürmək imkanına malikdirlər. “Kartdan Karta” xidməti aşağıdakı formada həyata keçirilir:
- Müştəri kartı bankomata daxil edir;
- Şəxsi Eyniləşdirmə Nömrəsini (PİN kodu) daxil edir;
- “Ödəmələr” bölümünü seçir;
- “Kartdan Karta” xidmətini seçir;
- Alıcının kart nömrəsini daxil edir;
- Köçürüləcək məbləği daxil edir;
- Əməliyyat həyata keçirilir və çek çap olunur.
|
|
Axırıncı dəyişiklik tarixi ( Monday, 16 July 2007 )
|
|
Davamı...
|
|
|
"Bank of Baku"dan Tibb iscileri ucun "Bayram resepti" |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Sunday, 15 July 2007 |
17 İyun - Tibb İşçilərinin Peşə Bayramı ilə əlaqədar "Bank of Baku" bütün tibb işçiləri üçün "Bayram Resepti" adlı xüsusi endirim kampaniyasına start verdi. 2001-ci ildən etibarən xüsusi "Kredit kartlar" layihəsini həyata keçirən "Bank of Baku" hal-hazırda 100-dən artıq tibb müəssisəsi ilə bu istiqamətdə əməkdaşlıq edir. "Bayram resepti" adlı kampaniyanın şərtlərinə əsasən tutduğu vəzifədən asılı olmayaraq hər bir tibb işçisi "Dinamik" və "Dynamic Plyus" MaterCard kredit kartları vasitəsi ilə 150 AZN-dən 4500 AZN-ə qədər 24 ay müddətinə münasib faiz dərəcələri ilə kredit xətti, üstəlik kampaniyanın müddətində kreditin rəsmiləşdirilməsi zamanı bank tərəfindən tutululan bütün komissiyalara 50% endirim əldə etmək imkanına sahib olacaq. Kampaniya cari il, iyun ayının 15-dən iyul ayının 15-dək davam edəcək. |
|
Axırıncı dəyişiklik tarixi ( Tuesday, 17 July 2007 )
|
|
Davamı...
|
|
|