Ana Səhifə arrow Brendlər
Advertisement
Brendlər
Azercell E-mail
İstifadəçi səsləri: / 1
Müəllif Samir Mastaliyev   
Wednesday, 18 July 2007

 "Azercell Telekom" BM 1996-cı ilin 19 yanvar tarixində təsis edilib. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A.S" şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub.
"Azercell Telekom" BM öz fəaliyyətinə 1996-cı ilin 15 dekabr tarixindən etibarən başlamış və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulmuş mobil rabitə xidməti təqdim etmişdir.
1998-ci ildən etibarən SimSim — öncədən ödəmə sistemi tətbiq edilmişdir.
Azercell 2000-ci ildə özünün keyfiyyət idarəetmə sistemini qurub və 7 dekabr 2000-ci il tarixində bu sistemin Beynəlxalq ISO 9001 Standartına uyğunluğu barədə Sertifikat alıb. 2003-cü ildə şirkətimiz eyni Standartın 2000-ci il versiyasına əsasən öz keyfiyyət sistemini yeniləyib və 15 yanvar 2004-cü il tarixində ISO 9001:2000 Standartına uyğunluq Sertifikatı əldə edib.
Azercell Telekom BM 2006-cı ildə IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) Standartı üzrə Sertifikat ilə təltif edilmişdir.


Axırıncı dəyişiklik tarixi ( Saturday, 21 July 2007 )
Davamı...
 
Unibank E-mail
İstifadəçi səsləri: / 0
Müəllif Samir Mastaliyev   
Wednesday, 18 July 2007
 Unibank– Azərbaycanın ən iri fərdi Banklarından biridir. Bankın ödənilmiş nizamnamə fondu bu gün 6,6 mln. ABŞ dolları təşkil edir. Bankın ümumi kapitalı beynəlxalq standartlara görə 9 mln. ABŞ dollarından yaxın məbləğ təşkil edir.
Unibank Azərbaycanın, səhmdarlarınının tərkibinə ən iri maliyyə institutlarından birinin – Avropa Yenidənqurma və İnkişaf Bankının – daxil olduğu ilk fərdi bankıdır.
“Unibank" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Milli Bankında 27 iyul 1992-ci ildə (MBANK kimi) qeydiyyatdan keçmişdir (lisenziya №72). Bankın rəsmi auditoru – Pricewaterhouse Coopers şirkətidir.
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 18 July 2007 )
Davamı...