|
Sexsiyyetin zahiri elametlere göre qiymetlendirilmesi |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Monday, 17 December 2007 |
Hər hansı insan tərəfimizdən, bir qayda olaraq, bütöv obraz kimi qəbul edilir. biz hərdən bir çox məzmunlu amilləri rədd etməklə, onun haqqında təsəvvür formalaşdırırıq. Obyektin sifəti, bədəni, əlləri, səsi onun xarici reaksiyalarının göstəriciləri olub, sanki diqqətimizdən yayınır. Bununla belə, sifət gözlərin baxışları iləmimik hərəkətləri gah gücləndirməklə, gah da zəiflətməklə ifadə edir. Bədən müvafiq formalar, xarakterik pozalar alaraq yaxşı və ya pis təəssüratlar yaradır. Əllərin jestlərlə hərəkəti insana qarşı simpatiya və ya antipatiya hissi doğurur. Səs, özünə xas olan səs tezlikləri ilə, rezonans, temp və digər amillərlə xoş və ya xoş olmayan hisslər meydana gətirir. Və nəhayət, öyrəndiyimiz sifətdə daxili intellekti əks etdirən nitq bizi fərəhlənməyə, təəccüblənməyə və ya peşman olmağa məcbur edir. |
|
Axırıncı dəyişiklik tarixi ( Monday, 17 December 2007 )
|
|
Davamı...
|
|
|
Fibanacci ededleri:heyatin sensetiv dovrleri ve onlarin kodlari |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Friday, 19 October 2007 |
|
Fibonaççi ədədləri: həyatın sensitiv dövrləri və onların kodları Psixologiyada insanın həyat yolunda dönüş anları, böhranlar, çevrilişlər qeyd olunur ki, bunlar struktur dəyişiklikləri və ruhun funksiyalarını ifadə edir. Əgər insan bu böhranları uğurla dəf edirsə, hətta əvvəllər düşünmədiyi yeni sinif məsələlərini belə həll etməyə qadir olur. Köklü dəyişikliklər həyat vaxtını mənəvi keyfiyyətlərin həlledici inkişaf amili kimi nəzərdən keçirməyə əsas verir. Axı təbiət bizə vaxtı «nə qədər oldu, olsun» deyib, səxavətlə ölçüb vermir, inkişaf prosesin • bədən quruluşlarında; • hisslərdə, şüurda və psixomotorda – onların yaradıcılıq mexanizminin işə salınması üçün zəruri olan ahıngdarlığa nail olmalarına qədər; • insanın enerji potensialı quruluşunda maddiləşməsi üçün verir. |
|
Axırıncı dəyişiklik tarixi ( Friday, 19 October 2007 )
|
|
Davamı...
|
|
|
Komandada rollarin bölgusu metodikasi |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Monday, 03 September 2007 |
Layihənin komandası seçilərkən menecerlərə personalla iş üzrə kömək edən müxtəlif psixoloji testlər böyük maraq doğurur. Zənnimizcə, bu testlər arasında Meredit Belbinin testi daha praktikidir, belə ki, bir çox layihə komandalarının işində məhz bu testin səmərəsi yüksək olmuşdur. |
|
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 05 September 2007 )
|
|
Davamı...
|
|
|
danisiqlarda tesebbusu nece ele almali |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Tuesday, 24 July 2007 |
|
Bir sıra problemlər mövcuddur ki, insanlara danışıqlar zamanı arzuolunan nəticəni əldə etməyə mane olur: • insanlar çox vaxt anlaşıdmaz danışırlar. • İnsanlar çox vaxt müsahiblərinin sözünə diqqət yetirmirlər. • İnsanlar çox vaxt deyiləni olduğu kimi başa düşmürlər.
Bu ona görə baş verir ki, informasiyanın ötürülməsi və qəbul edilməsi prosesi çox mürəkkəb olub bir çox detallardan asılıdır: bu, həm informasiya mübadiləsində iştirak edən insanlardır, həm də onun keçdiyi kanallardır. İnformasiya mübadiləsinin mühüm addımı informasiya məsələsidir. Danışıqlar üzrə tərəfdaşınızın situasiyaya baxışları haqqında məlumat alarkən, siz onun mühüm və kritik hesab etdiyi problemlərin həlli üçün zəmin hazırlayırsınız. |
|
Axırıncı dəyişiklik tarixi ( Tuesday, 24 July 2007 )
|
|
Davamı...
|
|
|
Insanlarin hereketleri neye esaslanir:Motivlerin tipologiyasi |
|
|
Müəllif Samir Mastaliyev
|
|
Tuesday, 17 July 2007 |
İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndiri, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək. Özünütəsdiq motivi –özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir. Başqa insanlarla identifikasiya motivi – hər hansı qəhrəmana, pərəstişgaha, nüfuzlu şəxsə (ataya, müəllimə və s.) oxşamaq cəhdidir. Bu motiv insanı işləməyə və inkişaf etməyə sövq edir. Bu, başqa insanlara bənzəməyə çalışan yeniyetmələr üçün xüsusilə aktualdır. |
|
Axırıncı dəyişiklik tarixi ( Tuesday, 17 July 2007 )
|
|
Davamı...
|
|
|