Ana Səhifə
| Treyderler ipoteka bohranindan milyardlarla dollar qazandilar |
|
| Müəllif Samir Mastaliyev | |
| Thursday, 24 January 2008 | |
|
Daşınmaz əmlak bazarında ifliclə bağlı böhranda pullarını itirənlərin sayı olduqca çoxdur. Lakin çox da tanınmayan hec-fondlar rəisi Con Polson böhrandan udmuşdur – o, bunu hələ iki il öncə görürmüş. Onun idarə etdiyi fondlar daşınmaz əmlak bazarına qarşı oyun hesabına 15 mlrd. dollar artmışdır. Cənab Polsonun özü isə 3-4 mlrd. dollar qazanmışdır – bunun, Uoll Stritin tarixində ən böyük əmək haqqı olduğu hesab edilir. İndi, maliyyə tarixində böyük dönüş baş verdiyi bir vaxtda cənab Polson keçmiş ABŞ Federal Ehtiyat Xidmətinin rəhbəri Alan Qrinspeni müşavir qismində saxlayır, halbuki çoxları Qrinspeni ipoteka bazarında «sabun köpüyünün» şişirdilməsində, bununla da faiz dərəcələrini aşağı səviyyədə saxlamaqda günahlandırır. Uğura aparan yolda cənab Polson Uoll Stritdə ir firma ilə mübarizə aparmalı oldu. həmin firmanı o, bazarı manipulyasiya etmək cəhdində ittiham edirdi. Polson başqa investorların spektisizminə dözməli oldu. Eyni zamanda, ideyalarının başqaları tərəfindən oğurlanmamasından ehtiyat edərək, xüsusi proqramlardan istifadə edirdi ki, bu proqramlar fondun investorlarına həmin məktubları başqa şəxslərə göndərməyə imkan vermirdi. Yeganə səhv o oldu ki, Polsonun etibar edib strategiyasının sirrini açdığı yaxın dostu bundan istifadə edərək böyük mənfəət əldə etdi və aralarındakı dostluğu pozdu. Polson da bazarın bir çox əfsanəvi qəhrəmanları olan Uorren Baffet və Uilbur Ross kimi hamıya məlum və qəbul edilmiş göstərişərdən imtina etməklə başlamışdı. 2006-cı ilin əvvəllərində bu göstərişlər ondan ibarət idi ki, həddən artıq sərbəst kredit şərtləri narahatlıq doğursa da, daşınmaz əmlak və girov ipoteka bazarlarında ciddi problemlər gözlənilmirdi. İpoteka bazarlarında itkilərin siyahısına görə demək olar ki, Uoll Stritin bir çox böyük oyunçuları bu fikirdə olmuşdur. Cənab Polsonun sözlərinə görə, «Hamı deyirdi ki, daşınmaz əmlakın qiyməti dövlət miqyasında heç zaman düşmür və ipoteka bazarında belə defolt heç vaxt olmamışdır». İpoteka üzrə ekspertlrə daşınmaz əmlak bumunda özlərini itirmişdilər. Cənab Polson bir neçə müsahibəsində izah etmişdir ki, böyük mənfəət əldə etmək üçün sadəcə kor sürünün hərəkətinə əks olan hərəkətlər etmək kifayət deyildir. Daşınmaz əmlak və ipoteka bazarlarına qarşı oyun üsulu fikirləşib tapmaq da gərəkdir. Daha bir təlqin: cənab Polson «ayılar» dərəcəsinə erkən daxil olmamışdır. Daşınmaz əmlak bazarı ilə yaxından tanış olanların bəziləri məhz belə etmişdi – nəticədə böyük ziyana düşdülər və iflic vəziyyətini gözləyərək, oyunu qapamağa məcbur olmuşdular. Başqa sahədə ixtisaslaşan cənab Polson daşınmaz əmlak bazarına nisbətən gec nəzər salmış və vaxtındaca endirimlə oynamağa başlamışdı. Onun uğurlarının şöhrəti heç-fondlar aləmində tez bir zamanda yayıldı. Corc Soros onu nahara dəvət etmiş və qələbəsi barədə ətraflı sorğu-suala tutmuşdu. Soros başqa nailiyyəti ilə məşhurdur – 1992-ci ildə o, ingilis funtuna qarşı oynayaraq, öz Quantum hec-fondu üçün 1 mlrd. dollar qazanmışdı. O zaman Soros hər cür şərhlər verməkdən imtina etmişdi. Nyu-Yorkda böyüyən cənab Polson işə düzələrkən başqa əfsanəvi investor - Odyssey Partners –dən olan Leon Levi üçün işləməyə başlamışdır. 51 yaşlı Polson 15 il əvvəl baş vermiş daşınmaz əmlak bazarının tənəzzülündən də mənfəət əldə etmişdi – Nyu-Yorkda mənzil və onun ətrafında böyük ev almışdır. Hər iki evin əvvəlki sahibləri girovu ödəyə bilmədiklərindən həmin evlər hərracda satılırmış. Odyssey Partners-dən sonra cənab Polson Bear Stearns Cos-a keçdi və burada birləşmə və udmalar ilə bağlı investisiyalarla məşğul olmağa başlayır. Bundan sonra isə Gruss & Co.-da birləşmələr üzrə arbitrajor kimi işləməyə başlayır və qiyməti düşən istiqrazlarla oynamağa başlayır. 1994-cü ildə o, birləşmə və udmalar bazarında cəmləşən öz hec-fondunu təşkil edir. Fondu təşkil edərkən onun dəyəri 2 mln. dollar idisə, 2002-ci ildə bu məbləğ 500 mln. dollara çatır. Manhettendəki ofisdən idarə olunan bu fondlar Aleksandr Kolderin heykəlləri ilə bəzədilmişdi. Onlar yaxşı işləsələr də, uğurları o qədər də heyrətləndirici olmamışdır. 2005-ci ildə cənab Polson narahat olmağa başlayır ki, ABŞ iqtisadiyyatı öz artımına görə «cəzalandırıla» bilər. O öz treyderlərini iqtisadiyyat irimiqyaslı böhrana məruz qalarsa, investisiyalarını və mənfəətini təhlükədən qurtara biləcək üsullar axtarmağa məcbur edirdi. Polson həddən artıq şişirdilmiş sfera axtarıb tapmağa cəhd edirdi, belə ki, onun defolta uğrayacağından mənfəət götürmək istəyirdi. Və o, bu sferanı – daşınmaz əmlak bazarını tapdı. Polson bütün vəsaitləri riskli ipoteka girovları bazarına qarşı oyuna yönəldiləcək hec-fond təşkil etmək qərarına gəlir. Ona şübhə ilə yanaşan investorlar deyirdilər ki, heç daşınmaz əmlak üzrə mütəxəssislər də böhranın baş verəcəyinə inanmır, Polsonun sahəsi isə tamamilə başqadır. Fonda daxil olan 150 mln. dollar əsasən Avropa investorları tərəfindən verilmişdi. Fond 2006-cı ilin ortalarında açıldı. Onun həmrəisi cənab Pelliqrini oldu. Əvvəl daşınmaz əmlak bazarı öz mövqelərini qoruyub saxlasa da, pullarını itirirdi. Polsonun yaxın dostlarından biri ondan soruşmuşdu ki, itkilərini harasa qeyd edib saxlamaq istəmirmi? İnvestorlardan biri xatırlayır ki, onda Polson belə cavab vermişdi: «Hələ ki, mən ancan dərəcəni artırıram». Öz həyat yoldaşına isə deyərdi ki, böhran – zamanın işidir. Fondun investorlarından biri olan Piter Sorosun (o, Corc Sorosun qohumu olmuşdur) sözlərinə görə, «başqası çoxdan oyunu tərk etmiş və itkilərini hesablamışdı. Lakin bu itkilər Polsonu düzgün yolda olduğuna inamını daha da artırırdı». Bu yaxınlarda investorlar «subprime» ipoteka girovlarında yeni oyun üsulu – 6 ay ərzində «subprime» ipoteka girovları portfelinin dəyərini əks etdirən ABX indeksini tapmışlar. 2006-cı ilin sonunda yeni Credit Opportunities Fund fondu 20% də artdı və Polson daha bir fond təşkil etdi. 2006-cı ilin iyul ayında 100-ə bərabər olan ABX indeksi 2007-ci ilin əvvəlində 60-a düşmüşdür. Polsonun yeni fondu yalnız 2007-ci ilin fevralında 60% mənfəət əldə etmişdir. Payızda ABX 20-yə enmişdir. Polsonun mənfəəti olduqca çox olmuşdur. Eşidilməmiş uğuruna qədər Polsonun var-dövləti 100 mln. dollar olmuş və o, böyük qazancından sonra da öz keçmiş adətlərini dəyişməmişdir. Əvvəllər olduğu kimi, səhər tezdən tünd rəngli kostyumunda və qalstukda (bir çox hec-fondların rəislərinin əksinə olaraq) Manhettendəki ofisinə gəlir və axşam saat 6-da öz iş yerini tərk edir. Dəyişən yeganə bir şey odur ki, indi investorları cəlb etmək daha asandır. Firma 2007-ci ilə 7 mlrd. dollarla qədəm qoymuşdur. İnvestorlar təkcə əvvəlki il üçün 6 mlrd. dollarla təmin etmişdilər. 2007-ci ildə yığılmış vəsaitlə birlikdə fondun həcmi 28 mlrd. dollara çatmış və onu dünyada ən iri fondlardan birinə çevirmişdi. Hələ ki, cənab Polson yalnız özünün bəzi faiz dərəcələrindən qazanc əldə etmişdir. Daşınmaz əmlak bazarında o, əvvəlki kimi, qiymətlərin əvvəlki səviyyəyə qayıtmasının bir neçə il vaxt aparacağını gözləyərək, endirimlərlə oynayır. Polson həmçinin kredit kartları və avtomobil kreditləri kimi seqmentlərə qarşı oynayır. O, investorlara belə deyir: «iqtisadi problemlərdən qazanmaq hələ gec deyil». Eyni zamanda, Polson növbəti dönüşü gözləyir. Bu yaxınlarda investorlar üçün keçirilmiş təqdimat mərasimində o demişdi ki, firma müəyyən anda indi böhran dövrünü yaşayan borc bazarının təqdim etdiyi imkanlara «hazırlaşmağa başlayacaqdır». |
| < Prev | Next > |
|---|

