Ana Səhifə
Advertisement
Kredit riskleri E-mail
İstifadəçi səsləri: / 0
PisƏla 
Müəllif Samir Mastaliyev   
Wednesday, 05 March 2008
 Portfel risklərinin analizi və modelləşdirilməsi olduqca çətin bir iş olduğundan bu modellərin yaradılmasınada müxtəlif tərəflərdən yanaşmalar mövcuddur. Bu modellərin bir-birindən əsas fərqləridə məhz həmən yanaşmalardadı. Məsələn, bir modelin üstün faktor kimi tutduğu və modelin məhz həmən faktora əsaslanaraq və ona daha çox diqqətin cəlb edilməsi ilə qurulur , lakin digər modeldə bu faktor ikinci dərəcəli faktor hesab edilərək digər faktorlar ön plana çəkilir.
Ümumiyyətlə məlum olan portfel kredit riskinin qiymətləndirilməsi modellərinin hamısını aşağıdakı əlamətlər üzrə təsnifləşdirmək olar :

1) Modelləşdirməyə «yuxarıdan aşağıya» və «aşağıdan - yuxarıya» yanaşması ilə;
2) Kredit riskinin növünə görə: defolt riskinin qiyməti və bazar qiymətləri üzrə yenidən qiymətləndirmə;
3) Defolt ehtimalı metodu üzrə: şərtli və şərtsiz modellər;
4) Defoltların korrelyasiya qiymətləndirilməsi metodu üzrə: struktur və «ixtisar edilmiş» modellər
Kredit riskinin kəmiyyəti borcluların həmcins qrupları üzrə ayrı-ayrılıqda tarixi məlumatlar əsasında portfel üçün bütövlükdə zərərlər ehtimalının bölgüsünün qurulması yolu ilə qiymətləndirilir. Bu qiymətlər gələcəkdə borclunun risklərinin parametrləri əlavə olaraq dəqiqləşdirilmədikdə ssudalar verilən zaman riskin qiymətləndirilməsi üçün istifadə olunur. Bu yanaşmanın nöqsanı onun sadəliyi və eynicinsli qrupların strukturlarında tədricən baş verən dəyişikliklərə çevik olmamasıdır.
Aktivlər portfeli müxtəlif cinsli struktura malikdirsə, banklar kredit riskini «aşağıdan yuxarı» metodu ilə qiymətləndirirlər. İri və orta borclu-müəssisələr üçün, həmçinin maliyyə bazarının müxtəlif alətləri üçün bu metod kredit risklərinin qiymətləndirilməsinin əsas üsuludur. «Aşağıdan yuxarı» modelləşdirilməsi zamanı kredit riski konkret alət və fərdi borclu səviyyəsində, onun xarakteristikaları, maliyyə vəziyyəti və perspektivlərinin təhlil edilməsi yolu ilə qiymətləndirilir.

     Portfelin fərdi borclular üzrə risklərinin miqdarı D™ məcmu riski korrelyasiya effektlərinin nəzərə alınması ilə aqregirasiya edir. Kredit riskinin «aşağıdan yuxarı» Modelləşdirilməsi VaR portfelin bazar riski halında hesablanmasına bərabərdir, belə ki, portfel elementlərinin «əmanətlərini» məcmu riskdə qiymətləndirməyə və portfel risklərini ayrı-ayrı kontragentlərin səviyyələrində və ya risk amilləri səviyyəsində idarə etməyə imkan verir.
    Tərifə görə, defolt riskinin (default-mode models) qiymətləndirilməsi modellərində nəzərdən keçirilən yeganə kredit hadisəsi defoltun kontragent elan edilməsidir, bu zaman başqa kredit hadisələrinin nəticəsində aktivlərin bazar qiymətinin dəyişməsi, məsələn, kredit reytinqinin miqrasiyası nəzərə alınmır. Bazar qiymətləri üzrə (mark-to market models) yenidən qiymətləndirmə modellərində analiz obyekti kredit reytinqinin dəyişiklikləri və defolt da daxil olmaqla, həm bazar, həm də kredit riskləri amillərindən doğan dəyişikliklərdir. Bu modellər tipi aktivin ləğv edilməsinə bərabər olan obyektiv riskin hesablanması mənzərəsini verir.
     Şərti (conditional) modellər kontragentin defoltunun ehtmalını sahəvi və makroiqtisadi amillərin nəzərə alınması ilə qiymətləndirirlər ki, bunlar müflisləşmələrin tezliyinə böyük təsir göstərir. Şərtsiz (unconditional) modellərdə defolt ehtimalı adətən ətraf mühitin vəziyyətindən asılı deyil və əksər hallarda borclunun və kredit malının «daxili» xarakteristikaları ilə müəyyən edilir.
Üzərində dayandıqım model CreditRisk+ modelidi. CreditRisk+ modeli Credit Suisse First Boston — Credit Suisse Financial Products bankının qız şirkəti tərəfindən işlənib hazırlanmışdır; texniki sənədləri 1997-ci il oktyabr ayında dərc edilmişdir. İstifadə olunan metodologiyaya görə, bu model CreditMetrics-dən köklü surətdə fərqlənir və kredit riskinin qiymətləndirilməsinə aktuar yanaşmaya əsaslanır.
CreditRisk+ modeli yalnız defoltun qiymətləndirilməsi üçün nəzərdə tutulub; o, başqa kredit hadisələrindən baş verən itkiləri nəzərə almır. Lakin qabaqcadan nəzərdə tutulmuşu analiz etmək qabiliyyətinə görə çox mütəxəssislər tərəfindən ən yaxşı alət kimi qiymətləndirilmişdir.
Tətbiq edilən modelin xüsusiyyəti ondan ibarətdir ki,defoltun mümkünlüyü daimi qiymət olmayıb, zaman daxilində məhdud sayda amillər yığımının təsirindən dəyişə bilər.
Əgər defolt halları müxtəlif kontragentlərdə müstəqil hesab edilirsə, itkilər ehtimalı Puassonun diskret paylanmasından modelləşir. Modeldə eynicinsdən olan portfel seqmentləri arasında korrelyasiyaları nəzərə almaq olar ki, bunlara sistemli riskin ümumi amillərinə məruz qalan borclular aid edilir. CreditRisk+ modelində defolt nəticəsində itkilərin miqyası təxminən aktivlərin öz ölçülərinə görə sadələşdirilmiş təsnifat yolu ilə qiymətləndirilir (məsələn, 20 000 dollar məbləğində kredit malları birinci diapazona aid edilir, 40 000 dollar məbləğində olan aktivlər ikinciyə aid edilir və s.). hər bir diapazon üçün defoltun mümkünlüyü qamma-bölgüyə tabedir ki, onlar sonra bütün diapazonlar üzrə risk nəticəsində məcmu bölgüyə aqregirasiya edirlər. CreditRisk+ modelinin üstünlüyü kredit VaR hesabının analitik metodudur ki, bunun reallaşması üçün nisbətən daha çox giriş məlumatları, həmçinin defolt ehtimalının qiymətləndirilməsi zamanı makroiqtisadi amillərin nəzərə alınması tələb olunur.

 
Next >