Ana Səhifə
Advertisement
Top menecerler harada oxuyurlar??? E-mail
İstifadəçi səsləri: / 1
PisƏla 
Müəllif Samir Mastaliyev   
Thursday, 01 May 2008
 İnformasiya erasında biliklər vəzifə pilləkənində irəliləyişin az qala ən  maşlıca vasitənə çevrilmişdir. Bilik uğurun vacib şərtidir. Müasir həyatın
ən çox tələb olunan əmtəəsi və əməkdaşların müəyyən informasiyaya malik olması istənilən müəssisənin rəqabət qabiliyyətli olması üçün,
həmçinin əmək bazarında işçilərin hər biri üçün vacibdir.Sovetlər dövründə həyat yolunun başlanğıcında peşə və iş seçimi ilə
bir vaxtda təhsil almaq konsepsiyası artıq keçmişdə qalmışdır. İndi insanın özünü müəyyən etməsi hər gün baş verir, vəzifələr hər saat dəyişir,
ümumi qloballaşmanın dəyişən şəraitində daim yeni bilik və vərdişlər  almaq və bunlara uyğunlaşmaq lazım gəlir. Əgər əvvəllər hər hansı
geriləyən əməkdaşı kollektiv arxasınca birtəhər apara bilirdisə, indi bazar iqtisadiyyatında ixtisasda hər hansı çatışmazlıq, boşluq dərhal üzə çıxır və birbaşa əmək haqqında öz əksini tapır. Ona görə də sivil dünya birliyi tədricən insanların həyatı boyu ərzində davam edən təhsilə keçir. Yəni, çətinlik meydana çıxan zaman
insan mütəxəssislərə müraciət edir, biliklərini tamamlayır və bu indi  həkimə getmək kimi çox mühümdür. «Mənə artıq nəyisə öyrənmək
gecdir» bəhanəsi daha işləmir və bu ifadə çox ehtimal ki, perspektiv vəzifəninitirlməsinə səbəb ola bilər.
Peşə təhsili korporativ mədəniyyətin ayrılmaz elementinə çevrilir. Əlbəttə, hələ peşəkar təhsilin üstünlüyü bütün şirkətlərdə lazımınca 
qiymətləndirilməmişdir. Bəzən insan öz sahəsində akademik biliklərsiz də ekspert ola bilər, lakin çoxları yaddan çıxarır ki, belə insanlar daim öz
tədrisləri üzərində işləyir, əgər belə olmasa da, belə unikal hallar böyük  informasiya ehtiyatına malik olan insanlarda daha səmərəli işləməyə
kömək edir.
Onu da yaddan çıxarmaq lazım deyil ki, hər hansı iş vaxt keçdikcə, təcrübə artdıqca hər bir insan üçün özünün sənət növünə çevrilir, o burada
yeni qanunauyğunluqlar, imkanlar kəşf edir, öz əməyini təkmilləşdirir. Bu eksklüziv xüsusiyyətlərin və vərdişlərin irsən ötürülməsinin qədim
ənənələri artıq itmişdir. Onları indi təcrübə mübadiləsi üzrə peşəkar treninqlər, seminarlar və kurslar əvəz edir. bu proqramlar sayəsində insan
öz kəşfləri və icadları ilə öz biznesi çərçivəsində bütün arzu edənlərlə fikir mübadiləsi apara bilər və yəqin ki, bütün sahəni yeni inkişaf səviyyəsinə  çıxara bilər. peşəkar biznes-təhsil almağın prinsip etibarilə, bir neçə müxtəlif yolları mövcuddur. Birincisi, MBA (Master of Business Administratoin) proqramı əsasən Qərb ölkələrində daha çox yayılmışdır. Bu təhsili təqdim edən çoxlu institutlar mövcuddur ki, onlar
müştəriləri eksklüziv metodikalarla, təcrübəçi-müəllimləri, məşhur brendləri və ənənələri ilə cəlb edir. bu təhsil növü, bir qayda olaraq, iki il
üçün nəzərdə tutulur. Birinci il biznesin əsasları, sonradan özünün layihəsinin işlənib hazırlanması ilə marketinq və maliyyə menecmenti
tədris edilir. Sonra yay təcrübəsi gəlir ki, bu zaman yeni mənimsənilmiş biliklər yoxlanır və bilavasitə iş prosesində təkmilləşdirilir. Buradaca hər
bir iştirakçı üçün prioritet istiqamətlər aşkar edilir və gələn il üçün  dərinləşdirilmiş fərdi proqram işlənib hazırlanır. İkinci il üçün proqram 
tamamilə təhsil alan şəxsin fərdi seçdiyi, üstünlük verdiyi maddələrdən və məqsədlərindən asılıdır.
Məşğulluğu üzündən həyatının iki ilini sərf edərək əlavə təhsiləlazımınca diqqət ayıra bilməyənlər mini MBA qısaldılmış proqram işlənib
hazırlanmışdır. Bu proqram daha intensiv kursu nəzərdə tutur və 10 aydan 16 aya qədər müddəti əhatə edir. Burada lap əvvəldən müştəri üçün
optimal olan kurs seçilir ki, bu da xərcləri aşağı salır. Lakin bu   zamanmüvəqqəti məhdudiyyətlər üzündən informasiyanın bir qismi itirilir,
bəziləri isə qeyd edirlər ki, belə bir qısa müddət ərzində heç də hamı bu  həcmdə bilikləri mənimsəmək qabiliyyətinə malik deyil. İşindən imtina
etmək istəməyən, lakin öz bilik ehtiyatını bir qədər artırmaq arzusunda  olan hər kəs üçün alternativ variant vardır - MBA kursunun qiyabi və ya
axşam kursları. Bundan başqa, bu kursların daha ucuz və işdən  ayrılmamaqla keçilməsinə görə 2-3 il ərzində kifayət qədər tam kursu
əhatə edir. Məhz bu üstünlüklərinə görə bu proqram İngiltərədə, ABŞ-da və Asiyaölkələrində populyardır və bu ölkələrin menecerlərinin üçdə iki
hissəsindən çoxu bu yolla gedir. Əgər əməkdaş artıq hər hansı təcrübəyə  malikdirsə, öz iş sahəsində müəyyən zirvələri fəth etmişsə və özünü
ekspert kimi göstərmişsə, özbiliklərinin sistemləşdirilməsi üçün daha  qabaqcıl kurs EMBA (Exejutive Master of Business Administratoin) keçə
bilər. Bu proqramın əsas məqsədi əldə edilmiş bilikləri strukturlaşdırmaq, çatışmayan hissələri üzə çıxarmaq və ya əlavə hissələri seçmək və onları öyrənməkdir.
İstehsalatdan ayrılmamaqla peşə biliklərinin mənimsənilməsinin  növbəti tipi korporativ təhsildir. Bu təhsilin əsas məqsədi - lazım gəldikdə
rəhbərin səlahiyyətlərini tələb olunan standartlara çatdırmaq və ya  əməkdaşların ixtisasını müəssisənin konkret xüsusiyyətlərini nəzərə
almaqla artırmaqdır. Əgər kimsə şirkətdə kifayət qədər işləmişsə və vəzifə pilləkənində bir neçə pillə keçmişsə, onun getməsi ehtimalı böyük deyil. 
Ona görə də attestasiya yolu ilə zəif tərəfləri və ağ ləkələri aşkar edərək  onları ekspertlərə düzəlişlər etmək üçün tapşırırlar. Şirkət razıdır, belə ki, daha ixtisaslı kadrlar alır, əməkdaşlar da razıdır - onların vəzifə  perspektivləri artır, əmək bazarında dəyəri yüksəlir. Bir çox maliyyə
korporasiyaları əməkdaşlarının ixtisasını artırmaq və əməkdaşlarına peşəkar təhsil vermək üçün öz institutunun olmasını rəva bilir, çox hallarda isə artıq mövcud olan, dünya şöhrətli və nüfuzlu diplomu olan institutları
özəlləşdirirlər.
Belə institutlar daim treninqlər keçirir və öz əməkdaşlarına təhsil verir, Motorola korporasiyasının apardığı tədqiqatlara görə, bu zaman hər bir
əməkdaşın tədrisi üçün sərf olunan hər dollar 33 dollar mənfəət gətirir.Vəsaitin bu cür perspektiv qoyuluşu şirkəti özünün MBA proqramını
hazırlamağa sövq etmiş və hər bir neçə min əməkdaşın hər biri üçün ildə 40 saatdan az olmayaraq təhsil almağı bir qayda olaraq məcburi etmişdir.
Belə şirkətlərdə birbaşa şaquli rabitə sistemi mövcuddur: baş direktor -inkişaf üzrə direktor - HR-departamentin direktoru - korporativ tədris
mərkəzinin rəhbəri. Bu, maksimum dərəcədə asan və ən qısa müddət ərzində şirkətin mexanizmlərini bazardakı şəraitə uyğunlaşdırmağa imkan verir, korporasiyaya çeviklik verir və onu daha yaxşı nəzarətdə saxlamağa  kömək edir. Orta ölçülü şirkətlər heç də həmişə tədris mərkəzini ayrıca   struktur yarımbölmə kimi ayıra bilmir, lakin çalışırlar ki, nüfuzlu biznes  mərkəzi ilə fəal əməkdaşlıq edən ixtisaslı və səmərəli şöbəyə malik  olsunlar. Kiçik şirkətlər çox vaxt əməkdaşlarını icarə etdikləri biznes  siniflərə göndərir və kənardan mütəxəssislər cəlb edirlər.
Təhsil almağın sonuncu nəzərdən keçirdiyimiz tipi müxtəlif növ  konfrans və sammitlərdir. Bunlar beynəlxalqdan tutmuş müəllif
yönümlüyə qədər müxtəlifdir. Bu, həmkarlarla qeyri-rəsmi şəraitdə  görüşmək və ən mühüm məsələləri müzakirə etməyin ən yaxşı üsuludur.
Burada informasiya və təcrübə mübadiləsi şaquli xətlə keçir. Konfransın bütün iştirakçılarının fikir söyləməkdə hüquqları bərabərdir və hamının
konfransın məcmu informasiyasına daxil olması mümkündür. Bu cür tədbirlər adətən ildə bir dəfə keçirilir və bir neçə gündən artıq davam edir,
ona görə də işə mane olmur. Bu, informasiya mübadiləsinin ən sadə   üsuludur, lakin bu proqramlarda adətən məhdud sayda insanlar iştirak edir  və çox nadir hallarda eyni əməkdaşlar müntəzəm olaraq belə yığıncaqlara  gəlir, ona görə də, əlbəttə ki, əsas biznes-təhsili bu proqram əvəz edə  bilməz, yalnız onun müasir dünyada əlavəsi ola bilər.


 
Next >