Ana Səhifə
Advertisement
Diaqnostika ve liderlik qabiliyyetinin inkisaf etdirilmesi E-mail
İstifadəçi səsləri: / 2
Businessman
Monday, 19 November 2007
 Mütəxəssislər arasında indiyə kimi liderlik proseslərinin idarə olunan və ya təbii olması barədə müzakirələr davam edir. Başqa sözlə, lider doğulurlar, yoxsa sonradan olurlar?
Bu suala birmənalı cavabın olmamasına baxmayaraq, mövcud nəzəri və təcrübə işlər liderlik qabiliyyətlərindən danışmağa imkan verir, lakin bu zaman həmin qabiliyyətlərin sərhədləri, yaxud hüdudları barədə sual meydana çıxır.
Davamı...
 
Iqtisadi artimin amilleri ve tipleri E-mail
İstifadəçi səsləri: / 6
analitika
Monday, 29 October 2007
 İqtisadiyyatın artım qabiliyyəti bir sıra amillərdən asılıdır ki, bunlar istehsalın real həcminin uzunmüddətli artmasının sürət və miqyasını, bu artımın səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi imkanlarını müəyyən edən hadisə və proseslərdir.
İqtisadi artıma təsir üsullarına görə birbaşa və dolayı amilləri fərqləndirirlər. Birbaşa amillər dedikdə, bu artımı fiziki surətdə mümkün edən amillər başa düşülür. Bu qrupa aşağıdakı təklif amilləri daxildir:
• əmək resurslarının miqdarı və keyfiyyəti;
• təbii resursların miqdarı və keyfiyyəti;
• əsas kapitalın həcmi;
• istehsalın texnologiyası və təşkili;
• cəmiyyətdə sahibkarlıq qabiliyyətlərinin inkişaf səviyyəsi.
Davamı...
 
Lizinq uzunmuddetli maliyyelesdirmenin formasi kimi E-mail
İstifadəçi səsləri: / 2
Businessman
Tuesday, 23 October 2007
 Milli assosiasiyaların avadanlıq lizinqi üzrə Avropa federasiyasının (Eurolease) bazis tərifinə görə, «Lizinq – icarədar (icarəyə götürən) tərəfindən istehsal məqsədlərilə istifadə üçün zavodun, sənaye mallarının, avadanlığın, daşınmaz əmlakın icarə müqaviləsidir, halbuki bu mallar icarəyə verən tərəfindən alınır və məhz o, mülkiyyət hüququna malikdir (o cümlədən lizinq müqaviləsinin bütün dövrü ərzində)».

Lizinq sövdəsinin obyektləri və subyektləri


Lizinqin (lizinq müqaviləsinin) obyekti çox zaman əsaslı məhsuldur: maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və başqa investisiya mallarıdır. Onları aşağıdakı bazis truppaları üzrə bölmək olar:
Axırıncı dəyişiklik tarixi ( Tuesday, 23 October 2007 )
Davamı...
 
Fibanacci ededleri:heyatin sensetiv dovrleri ve onlarin kodlari E-mail
İstifadəçi səsləri: / 2
Psixologiya
Friday, 19 October 2007

Fibonaççi ədədləri: həyatın sensitiv dövrləri və onların kodları

  Psixologiyada insanın həyat yolunda dönüş anları, böhranlar, çevrilişlər qeyd olunur ki, bunlar struktur dəyişiklikləri və ruhun funksiyalarını ifadə edir. Əgər insan bu böhranları uğurla dəf edirsə, hətta əvvəllər düşünmədiyi yeni sinif məsələlərini belə həll etməyə qadir olur.
Köklü dəyişikliklər həyat vaxtını mənəvi keyfiyyətlərin həlledici inkişaf amili kimi nəzərdən keçirməyə əsas verir. Axı təbiət bizə vaxtı «nə qədər oldu, olsun» deyib, səxavətlə ölçüb vermir, inkişaf prosesin
• bədən quruluşlarında;
• hisslərdə, şüurda və psixomotorda – onların yaradıcılıq mexanizminin işə salınması üçün zəruri olan ahıngdarlığa nail olmalarına qədər;
• insanın enerji potensialı quruluşunda
maddiləşməsi üçün verir.

Axırıncı dəyişiklik tarixi ( Friday, 19 October 2007 )
Davamı...
 
Bank Respublika 2007-ci ilin 9 ay1n1n nYticYlYrinY yekun vurdu E-mail
İstifadəçi səsləri: / 0
Banklar
Friday, 19 October 2007
Bank Respublika-nın aktivləri bu ilin əvvəlindən etibarən 92,6% artaraq 1 oktyabr 2007-ci il tarixinə 214.4 mln. manat olmuşdur. Bankın kredit portfelinin həcmi isə bu ilin 9 ayı ərzində 91,9% artaraq 146,0 mln. manata çatmışdır.
Müştərilərin depozitləri hesabat dövründə 2 dəfədən də çox artmış və 105,8 mln. manatı keçmişdir. Əhalinin əmanətlərinin həcmi isə 82% artaraq bu ilin 1 oktyabr tarixinə 48,5 mln. manat olmuşdur. Qeyd edilən dövr ərzində Bank Respublika-nın məcmu kapitalı da 65,7% artaraq 20,4 mln. manata çatmışdır.
Bank Respublika-nın bu ilin yanvar-sentyabr ayları ərzində gəlirləri 20,7 mln. manat, xərcləri isə 16,5 mln. manat olmuşdur. Bu dövr ərzində Bankın balans mənfəəti 4,2 mln. manat olmuşdur.
 
<< Başlanğıc < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>

Nəticələr 13 - 18 of 63