|
Metbuat konfransini nece uqurla kecirmek olar? |
|
|
meqaleler
|
|
Monday, 10 September 2007 |
Təcrübi olaraq hər hansı təşkilat vaxtaşırı mətbuat konfransları keçirir. Firma özünü doğrultmaq və ya onun üçün əlverişsiz şərait yarandığı zaman izahat vermək üçün, məsələn, onun günahından istehsalatda baş vermiş qəzadan ətraf mühitə zərər dəydikdə, istehlakçı üçün buraxdığı məhsulun zərərli olması aşkarlandıqda və.s. hallarda mətbuat konfransı çağırır. Hökumət nümayəndələri də mətbuat konfransları təşkil edirlər. Şəhər hakimiyyəti orqanları şəhər icra başçısına mətbuat işçilərinin suallarına cavab vermək və həmin anda xalqa nəyinsə barədə sözlərini çatdırmaq imkanı yaratmaq üçün mətbuat konfransı keçirə bilərlər. O, işə muzdla götürmə siyasətini başa sala, mətbuat nümayəndələrini yeni açılan kitabxananın açılış mərasiminə dəvət edə bilər və s.
|
|
Axırıncı dəyişiklik tarixi ( Monday, 10 September 2007 )
|
|
Davamı...
|
|
Muhasibat hesabatlarini oxumaqi oyrenmek neye lazimdir? |
|
|
Maliyye
|
|
Saturday, 08 September 2007 |
Müəssisənin idarə edilməsinin səmərəliliyi xeyli dərəcədə idarəetmə prosesinin təşkilatçılıq səviyyəsi və onun informasiya təminatının keyfiyyəti ilə müəyyən edilir. təsərrüfat fəaliyyətinin informasiya təminatı geniş mənada informasiya resurslarının məcmusu və onların təşkili üsulları deməkdir. İnformasiya təminatının əsas elementləri aşağıdakılardır: sənəd və sənəd dövriyyəsi sistemi; təsnifləşdirmə və kodlaşdırma sistemi; informasiya bazası (kartotekalar, klassifikatorlar, normativ-məlumat, cari informasiya massivləri, yığım massivləri və s.); tənzimləyici xarakterdə olan sənədlər (sənəd dövriyyəsinin təşkilini və informasiya bazasının aparılmasının təşkilini təmin edən vəzifə və texnoloji təlimatlar). |
|
Axırıncı dəyişiklik tarixi ( Saturday, 08 September 2007 )
|
|
Davamı...
|
|
Yanvar-Avqust aylarinin yekunlarina gore valyuta bolmesinin hecm gostericileri 1.14 milyard dollar |
|
|
xeberler
|
|
Wednesday, 05 September 2007 |
Bakı Banklararası Valyuta Birjasında (BBVB) bu ilin avqustunda birjanın valyuta bazarında 5 aparıcı bank müəyyən edilmişdir. Birjanın informasiya-təhlil şöbəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsinin ümumi hərraclar dövriyyəsində bağladıqları əqdlərin sayına görə lider banklar sırasına Azərbaycan Beynəlxalq Bakı, “Texnikabank” səhmdar kommersiya bankı, “Unibank” ASC, “Azəriqazbank” səhmdar sərmayə bankı, “Yapı Kredi Bank” ASC daxildir. Ötən ay BBVB valyuta bölməsində keçirilən hərraclarda 27 bank iştirak etmişdir. EHBS-da 46 ticarət sessiyası keçirilmiş, 158 əqd bağlanmışdır. Hesabat ayında valyuta bölməsində hərracların həcmi 149 224 milyon manat və ya 175 191 milyon dollar olmuşdur. İyul ayı ilə müqayisədə valyuta bölməsinin dövriyyəsi 115.697 milyon manat, yaxud 43,67 faiz aşağı düşmüşdür. Yanvar-avqust aylarının yekunlarına görə birjanın valyuta bölməsinin həcm göstəriciləri 981.288 milyon manata və ya 1 141 962 milyon dollara çatmışdır ki, bu da 2006-cı ilin müvafiq dövründəkindən 131.565 milyon AZN və ya 15,5 faiz çoxdur. |
|
Davamı...
|
|
Bank Respublika ehaliye ipoteka kreditleri teklif edir |
|
|
xeberler
|
|
Wednesday, 05 September 2007 |
“Bank Respublika” öz proqramı üzrə əhaliyə 10 il müddətinə ipoteka kreditləri təklif etməyə başlamışdır. İpoteka kreditlərinin ödəniş dərəcəsi illik 15 faizdən başlayır. Kreditin məbləği borc alanın ödəniş qabiliyyətindən asılıdır. Kreditin ödənişi hər ay bərabər hissələrlə həyata keçirilir, aylıq ödəniş isə borc alanın xalis gəlirinin 70 faizindən çox ola bilməz. Kreditin məbləği Bakı, Gəncə və Sumqayıt şəhərlərində alınan əmlakın qiymətinin 70 faizinədək, digər şəhərlərdə isə 60 faizinədək ola bilər. İpoteka kreditini 21-55 yaş arasında şəxslər ala bilər. Kreditin son ödəniş tarixinə borc alanın yaşı pensiya yaşı həddindən çox olmamalıdır. Girov qismində həm alınan daşınmaz əmlak, həm də digər yaşayış, qeyri-yaşayış və torpaq sahəsi qəbul oluna bilər. İpoteka ilə yüklənmiş daşınmaz əmlak və borc alanın həyatı kreditin məbləğindən az olmamaq şərti ilə sığortalanır. |
|
Komandada rollarin bölgusu metodikasi |
|
|
Psixologiya
|
|
Monday, 03 September 2007 |
Layihənin komandası seçilərkən menecerlərə personalla iş üzrə kömək edən müxtəlif psixoloji testlər böyük maraq doğurur. Zənnimizcə, bu testlər arasında Meredit Belbinin testi daha praktikidir, belə ki, bir çox layihə komandalarının işində məhz bu testin səmərəsi yüksək olmuşdur. |
|
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 05 September 2007 )
|
|
Davamı...
|
|
|
<< Başlanğıc < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>
|
| Nəticələr 25 - 30 of 63 |