Ana Səhifə
Advertisement
Bank of Baku ASC "Contact" tecili pul köcurme sistemine qosuldu E-mail
İstifadəçi səsləri: / 2
xeberler
Friday, 31 August 2007
 Həyat tempi günü-gündən sürətləndikçə Biz qiymətli vaxtımızı dəyərləndirərək informasiyanın operativ alınması və göndərilməsinə zəruriliyinin yarandığını görürük. Məhz bu səbəbdən irəli gələrək, müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi və seçim imkanlarının genişləndirilməsi məqsədi ilə Bank cari il, avqust ayından etibarən növbəti təcili pul köçürmələri sistemi - "Contact"a qoşularaq müştərilərə xidmət etməyə başladı.
Axırıncı dəyişiklik tarixi ( Friday, 31 August 2007 )
Davamı...
 
Var-dövlet yiqma verdisleri E-mail
İstifadəçi səsləri: / 1
Businessman
Thursday, 30 August 2007
 Maliyyə işləri ilə bağlı bütün başlanğıclar çətindir, lakin mürəkkəb şəraitdə sabitliyə görə gələcək mükafat tələb olunan qurbanların xoşagəlməzliyindən daha artıqdır. Mənə diqqətlə qulaq asın: maliyyə başlanğıclarının qaydaları mövcuddur, və siz varlanmağa doğru gedən yolla getməyə başlayırsınızsa,son nəticədə insan kütləsindən seçilərək talenin üzünə güldüyü insanlardan birinə çevrilmək üçün zəruri olan: var-dövlət yığmağın vərdişlərini, fəlsəfi dinamika və maliyyə impulsunu tutub, onları öyrənib istifadə etməlisiniz.
Bu qaydalar üçdür və onlar aşağıda təsvir edilmişdir.
Axırıncı dəyişiklik tarixi ( Thursday, 30 August 2007 )
Davamı...
 
Azerbaycan Beynelxalq payiz sergileri movsumu sentyabrin 19-da acilacaqdir E-mail
İstifadəçi səsləri: / 0
xeberler
Tuesday, 28 August 2007
 Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçısı olan İteca Caspian LLC şirkətindən AzərTAc-a verilən məlumatda bildirilir ki, payız sərgi mövsümü sentyabrın 19-dan 21-dək Gəncə Olimpiya Kompleksində keçiriləcək “Gəncə infrastruktur” sərgisi ilə açılacaqdır.
“Gəncə İnfrastruktur” sərgisi təşkilatçıların paytaxtdan kənarda keçirəcəyi ilk layihədir. Sərgidə iştirak edən şirkətlər məhsul və xidmətlərini tikinti və interyer, yeyinti sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, banklar və sığorta şirkətləri, xidmət sahələri və digər bölmələr üzrə təqdim edəcəklər. Sərgini ziyarət etmək istəyən paytaxt sakinləri üçün sentyabrın 19-u və 20-də Bakı-Gəncə-Bakı marşrutu ilə pulsuz işləyən avtobuslar təşkil olunacaqdır.
Sentyabrın 27-dən 29-na kimi “Avropa” mehmanxanasında Təhsil Nazirliyinin fəal dəstəyi ilə keçiriləcək “Təhsil və karyera” sərgisi təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı region üçün debüt olacaqdır. Sərgi orta və ali təhsil, xaricdə təhsil, əlavə peşə təhsili, işədüzəlmə üzrə vasitəçilik xidmətləri, xaricdə iş və təcrübə təklifləri, mədəni mübadilə proqramları, tələbə və gənclər üçün təhsil ilə bağlı səfərlər, təhsil ədəbiyyatı və s. sahələri əhatə edəcəkdir.
Axırıncı dəyişiklik tarixi ( Tuesday, 28 August 2007 )
Davamı...
 
Azercell "Gizletcell +" xidmetinden daha serfeli variant hazirlamisdir E-mail
İstifadəçi səsləri: / 5
xeberler
Tuesday, 28 August 2007
 “Azercell” Birgə Müəssisəsi abonentləri üçün “GizlətCell+” xidmətindən daha sərfəli variant hazırlamışdır.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, bu xidmətdən istifadə edən abonentlər zəng edərkən bir ay ərzində nömrələri təyin olunmayacaqdır. Yeni xidməti aktivləşdirmək çox rahatdır. Bunun üçün sadəcə 9030 nömrəsinə boş mesaj göndərmək kifayətdir. Bu xidmətin qiyməti fakturalı abonentlər üçün 4 AZN (ƏDV xaric), SimSim abonentləri üçün isə 1000 kontura başa gələcəkdir.
“GizlətCell+” xidmətinin üstünlüyü ondan ibarətdir ki, istənilən “Azercell” abonenti bu xidməti öz dost-tanışına hədiyyə olaraq göndərə də bilər. Bunun üçün həmin şəxsin nömrəsini SMS mətninə yazıb yenə də 9030 nömrəsinə göndərmək lazımdır. Lakin bu, xidmətin qiymətinə təsır etmir. Bu halda xidmətin aktivləşdirilməsinə görə onu hədiyyə edən şəxs mənsub olduğu abonent paketinə uyğun olaraq kontur və ya pul ödəyir.
Beləliklə, bundan sonra “Azercell” abonentləri nəinki bir günlük, yaxud bir həftəlik, hətta bir aylıq müddətə, çox sərfəli şərtlərlə, “GizlətCell+” xidmətindən istifadə edə biləcəklər.
 
Biznesin maliyye stabilliyinin qiymetlendirilmesi E-mail
İstifadəçi səsləri: / 2
Businessman
Monday, 27 August 2007
 Təşkilatın maliyyə vəziyyətinin qiymətləndirilməsi bir çox başqa göstəricilər arasında, onun likvidliyi və maliyyə sabitliyi haqqında məlumatlar əsaında həyata keçirilir. Öz növbəsində, müəssisənin maliyyə-iqtisadi sabitliyini onun likvidliyi və alıcılıq qabiliyyəti göstəriciləri üzrə qiymətləndirmək mümkündür.
Balansın likvidliyi aktivlərin pul formasına çevrildiyi müddət öhdəliklərin yerinə yetirilməsi müddətinə uyğun gəldikdə, təşkilatın öz aktivləri ilə öhdəliklərini örtməsinin dərəcəsi və sürəti ilə xarakterizə edilir. Bununla əlaqədar olaraq, aktivlərin bu növünün pul formasını alması üçün nə qəd az vaxt tələb olunarsa, onun likvidliyi də o qədər yüksəkdir. Balansın likvidliyinin analizi likvidliyin azalması dərəcəsi üzrə qruplaşdırılmış aktivin bölmələri ilə qruplaşdırılmış öhdəliklərin ödəniş müddətlərinin artması sırası ilə müqayisəsindən ibarətdir.
Axırıncı dəyişiklik tarixi ( Monday, 27 August 2007 )
Davamı...
 
<< Başlanğıc < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>

Nəticələr 31 - 36 of 63