Ana Səhifə
Advertisement
Bank Respublika yeddi ayin neticelerine yekun vurmusdur E-mail
İstifadəçi səsləri: / 0
xeberler
Thursday, 23 August 2007
 “Bank Respublika”nın aktivləri bu ilin əvvəlindən etibarən 68 faiz artaraq avqustun 1-nə 187 milyon manat təşkil etmişdir. Bankın kredit portfelinin həcmi isə yarım ildə 67,3 faiz artaraq 127,3 milyon manata çatmışdır.
Müştərilərin depozitləri hesabat dövründə 85,5 faiz artmış, 96,2 milyon manat olmuşdur. Əhalinin əmanətlərinin həcmi isə 63,9 faiz artaraq bu il avqustun 1-nə 43,5 milyon manatı keçmişdir. Bu dövr ərzində “Bank Respublika”nın məcmu kapitalı da 47,4 faiz artaraq 18,1 milyon manat təşkil etmişdir.
“Bank Respublika”nın bu ilin 7 ayında gəlirləri 14,8 milyon manat, xərcləri isə 12 milyon manat olmuş, bankın balans mənfəəti 2,8 milyon manat təşkil etmişdir.
 
BANK RESPUBL0KA emanetciler arasinda ayliq udus kompaniyasinin novbeti tirajini kecirmisdi E-mail
İstifadəçi səsləri: / 0
xeberler
Friday, 17 August 2007
“Bank Respublika” əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirmişdir. Bankın 7 əmanətçisi müxtəlif mükafatlara sahib olmuşdur.
AzərTAc xəbər verir ki, bankın 2 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində 2 pul mükafatı qazanmışdır. Daha 5 əmanətçi isə hər biri 200 manat dəyərində kampaniyanın əlavə mükafatlarını əldə etmişdir. Əlavə mükafat qazanan əmanətçilər mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya “Gallery” mağazalar şəbəkəsinin alış kuponunu seçə bilərlər.
Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN (USD) EUR məbləğində olan əmanətlər iştirak edirlər. Əmanətin hər 1000 AZN (USD) EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.
Bu günədək “Bank Respublika”nın 48 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatı və 30 əmanətçisi əlavə mükafat qazanmışdır.
 
Kicik muessiseler ucun kontrollinq aletleri E-mail
İstifadəçi səsləri: / 3
Businessman
Wednesday, 15 August 2007
 Kontrollinq – müəssisənin fəaliyyətinin fasiləsiz monitorinqidir. İlk dəfə kontrollinq cari uçot vəzifələrinin həlli üçün istifadə olunur və müəssisənin baş mühasibinin müstəsna hüququ idi. Sonra bu sistemi firmanın maliyyə imkanlarından optimal istifadəyə nəzarət kimi tətbiq etməyə başladılar. İndi isə bu sistem artıq öz imkanlarını o qədər genişləndimişdir ki, müəssisənin son məqsədlərə nail olmasının idarə edilməsi sistemi kimi xidmət edir.
Kontrollinqin vəzifəsi müəssisənin idarə edilməsi prosesini onun sahiblərinin qoyduğu bütün məqsədlərə nail olmağa yönəltməkdir. Bir qayda olaraq, müəssisənin məqsədləri elə ardıcıl sıra əmələ gətirir ki, bu zaman ən miqyaslı vəzifə çoxlu xırda vəzifələrə bölünür:
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 15 August 2007 )
Davamı...
 
AtaBank ASC filial sebekesini genislendirir E-mail
İstifadəçi səsləri: / 0
xeberler
Wednesday, 15 August 2007
“AtaBank” ASC-nin yeni “Səbail” filialı fəaliyyətə başlamışdır. Bankın digər filial və şöbələri kimi, “Səbail” filialı da fiziki və korporativ müştərilərə geniş çeşidli bank xidmətləri, o cümlədən əmanətlərin qəbulu, kreditlərin verilməsi, plastik kartların rəsmiləşdirilməsi, sürətli pul köçürmələri, kommunal ödənişlərin qəbulu, kassa hesablaşma xidməti və sair bank əməliyyatları göstərəcəkdir. Qeyd edək ki, yeni filial Bakı şəhəri, Hüsi Hacıyev küçəsi 35 ünvanında yerləşir (Milli Dram teatrının yanında). Bu filial bankın sayca 17-ci xidmət bölməsidir. Bankın filialların 8-i respublikamızın iri şəhər və rayonlarında yerləşir:
• Gəncə filialı
• Xaçmaz filialı
• Yevlax filialı
• Əli-Bayramlı filialı
• Göyçay filialı
• Mingəçevir filialı
• Lənkəran filialı
• Sumqayıt filialı
Bankın strategiyasına uyğun olaraq “Səbail” filialı cari ildə açılmış sonuncu filial
deyil, belə ki, bank 2007-ci ilin sonuna kimi, Bakı şəhərinin daha bir neçə inzibati rayonunda yeni filiallar açmağı planlaşdırır.
 
AtaLizinq ASC 2007-ci ilin ilk 6 ayi ucun neticeleri elan etdi E-mail
İstifadəçi səsləri: / 0
xeberler
Wednesday, 15 August 2007
“AtaLizinq” ASC 2007-ci ilin ilk 6 ayı üçün aşağıdakı nəticələri əldə etmişdir:
Belə ki, 30 iyun 2007-ci il tarixinə Cəmiyyət büdcə proqnozunda nəzərdə tutulmuş 50,424.6 AZN-ə qarşılıq 75,317.1 AZN mənfəət əldə etmişdir. Büdcənin icrası 149,4% yerinə yetirilmişdir. 2007-ci ilin ilk 6 ayı üçün Cəmiyyətin mənfəət göstəriciləri aşağıdakı kimidir: ümumi gəlir- 278,650.8 AZN, ümumi xərclər 203,333.8 AZN, xalis mənfəət 75,317.1 AZN, mənfəətin kapitala nisbəti (ROE) 29,6%, mənfəətin aktivlərə olan nisbəti (ROA)6,2 % təşkil etmişdir.
Davamı...
 
<< Başlanğıc < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>

Nəticələr 37 - 42 of 63