|
teskilatda resurlarin dovrani ve ya iqtisadi nezeriyyenin qisa kursu |
|
|
Siqorta
|
|
Wednesday, 25 July 2007 |
Mühasibat uçotunun məlumatlarının əsas istifadəçisi olan müəssisə rəhbəri üçün onun informasiyası idarəetmə qərarlarının qəbul edilməsi, planlaşdırma və nəzarət üçün zəruridir. Hər hansı kommersiya təşkilatının fəaliyyətinin başlıca məqsədi mənfəət əldə etməkdir. Mənfəət dedikdə, təşkilat tərəfindən istehsal olunan məhsulun (və ya satış üçün əldə edilən malın) satışından əldə edilən qazancla bu məhsulun istehsalına və satışına (və ya malın alınması) çəkilən xərclər arasındakı fərq başa düşülür. Satışdan qazanc – satılmış malların (işlər, xidmətlər) və ya əmlak hüquqlarının pul və (və ya) natural formalarda ifadə olunmuş hesabları ilə bağlı bütün daxilolmalardır. Məsrəflər – təsərrüfat fəaliyyəti prosesində sərf olunan, müəssisənin vəsaitlərinin azalmasına və ya onun borc öhdəliklərinin artmasına səbəb olan xərclərdir. |
|
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 25 July 2007 )
|
|
Davamı...
|
|
danisiqlarda tesebbusu nece ele almali |
|
|
Psixologiya
|
|
Tuesday, 24 July 2007 |
|
Bir sıra problemlər mövcuddur ki, insanlara danışıqlar zamanı arzuolunan nəticəni əldə etməyə mane olur: • insanlar çox vaxt anlaşıdmaz danışırlar. • İnsanlar çox vaxt müsahiblərinin sözünə diqqət yetirmirlər. • İnsanlar çox vaxt deyiləni olduğu kimi başa düşmürlər.
Bu ona görə baş verir ki, informasiyanın ötürülməsi və qəbul edilməsi prosesi çox mürəkkəb olub bir çox detallardan asılıdır: bu, həm informasiya mübadiləsində iştirak edən insanlardır, həm də onun keçdiyi kanallardır. İnformasiya mübadiləsinin mühüm addımı informasiya məsələsidir. Danışıqlar üzrə tərəfdaşınızın situasiyaya baxışları haqqında məlumat alarkən, siz onun mühüm və kritik hesab etdiyi problemlərin həlli üçün zəmin hazırlayırsınız. |
|
Axırıncı dəyişiklik tarixi ( Tuesday, 24 July 2007 )
|
|
Davamı...
|
|
Iqtisadi esasli sade mentiqi mesele |
|
|
mesele
|
|
Monday, 23 July 2007 |
Malın dəyəri birinci dəfə 60% artdı , sonra isə əvvəlki vəziyyətinə qayıtdı.Malın birinci dəyəri neçə faiz azaldı? |
|
Axırıncı dəyişiklik tarixi ( Monday, 23 July 2007 )
|
|
Satisin qapali modeli ve ya suni defisitin yaradilmasi |
|
|
analitika
|
|
Monday, 23 July 2007 |
Bu gün ənənəvi marketinqin əsas müddəalarıkifayət qədər məlumdur, bununla belə, bu müddəalardan hər birinin öz nöqsanları, öz «amma»ları vardır. 1. Müştərini nazlamaq, əzizləmək, qayğısına qalmaq, sona qədər onun maraqlarına qulaq asmaq, sonra isə onun xoşuna gələn ərzağın yaxşılaşdırılması üzərində dəqiqliyinə qədər zəhmət çəkmək lazımdır. Və yaxşı olar ki, bu işləri zəmanətlə müşayiət edəsiniz. Amma! Motivasiya analizi ilə artıq sübut olunmuşdur ki, ola bilər müştəri nə istədiyini özü də bilməsin. B.Pakkord tərəfindən təsvir edilmiş misallar artıq xrestomatik olmuşdur.
|
|
Davamı...
|
|
Biznesin strateji planlasdirilmasi : neden baslamali? |
|
|
meqaleler
|
|
Saturday, 21 July 2007 |
Bazar iqtisadiyyatı şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə çalışır. Bunun üçün o, a) bazarın konyunkturuna; b) rəqabətə; c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır. Bu cür proqram firmanın strategiyasını əks etdirir. Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. |
|
Axırıncı dəyişiklik tarixi ( Saturday, 21 July 2007 )
|
|
Davamı...
|
|
|
<< Başlanğıc < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>
|
| Nəticələr 49 - 54 of 63 |