Ana Səhifə
Advertisement
Azercell E-mail
İstifadəçi səsləri: / 1
brend
Wednesday, 18 July 2007

 "Azercell Telekom" BM 1996-cı ilin 19 yanvar tarixində təsis edilib. Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A.S" şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub.
"Azercell Telekom" BM öz fəaliyyətinə 1996-cı ilin 15 dekabr tarixindən etibarən başlamış və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulmuş mobil rabitə xidməti təqdim etmişdir.
1998-ci ildən etibarən SimSim — öncədən ödəmə sistemi tətbiq edilmişdir.
Azercell 2000-ci ildə özünün keyfiyyət idarəetmə sistemini qurub və 7 dekabr 2000-ci il tarixində bu sistemin Beynəlxalq ISO 9001 Standartına uyğunluğu barədə Sertifikat alıb. 2003-cü ildə şirkətimiz eyni Standartın 2000-ci il versiyasına əsasən öz keyfiyyət sistemini yeniləyib və 15 yanvar 2004-cü il tarixində ISO 9001:2000 Standartına uyğunluq Sertifikatı əldə edib.
Azercell Telekom BM 2006-cı ildə IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) Standartı üzrə Sertifikat ilə təltif edilmişdir.


Axırıncı dəyişiklik tarixi ( Saturday, 21 July 2007 )
Davamı...
 
Unibank E-mail
İstifadəçi səsləri: / 0
brend
Wednesday, 18 July 2007
 Unibank– Azərbaycanın ən iri fərdi Banklarından biridir. Bankın ödənilmiş nizamnamə fondu bu gün 6,6 mln. ABŞ dolları təşkil edir. Bankın ümumi kapitalı beynəlxalq standartlara görə 9 mln. ABŞ dollarından yaxın məbləğ təşkil edir.
Unibank Azərbaycanın, səhmdarlarınının tərkibinə ən iri maliyyə institutlarından birinin – Avropa Yenidənqurma və İnkişaf Bankının – daxil olduğu ilk fərdi bankıdır.
“Unibank" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Milli Bankında 27 iyul 1992-ci ildə (MBANK kimi) qeydiyyatdan keçmişdir (lisenziya №72). Bankın rəsmi auditoru – Pricewaterhouse Coopers şirkətidir.
Axırıncı dəyişiklik tarixi ( Wednesday, 18 July 2007 )
Davamı...
 
Insan kapitalinin inkisafi keyfiyyetli tehsile esaslanir E-mail
İstifadəçi səsləri: / 2
meqaleler
Wednesday, 18 July 2007

 Azərbaycanın uğurlu iqtisadi islahatlar siyasəti bu gün imkan verir ki, əldə olunan gəlirləri biz humanitar sahələrə, təhsilə, səhiyyəyə, yeni texnologiyaların tətbiq olunmasına yönəldək. Uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdır. …İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik ".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 Minimal səviyyədə ehtiyacların təmin edilməsi zərurətindən alimin repetitorluq etməsi bu gün adi haldır. Bu çox təəssüflənməli, acınacaqlı bir haldır (obrazlı müqayisə yerinə düşər: sanki şəhərin mərkəzindəki müasir, bahalı, yaxşı təmir olunmuş villanın otaqlarında parnik becərilir). Bu potensial ölkə üçün daha çox fayda verməyə qadir olduğu halda, belə səmərəsiz vaxt, enerji və nəticə etibarı ilə kapital itirilir. Hər cür maddi şəraiti olan Avropa universitetlərinin professorları müasir inkişaf tempi ilə ayaqlaşa bilmirlərsə, repetitorluq məcburiyyətində qalan (gündə 8-10 saat pedaqoji işlə məşğul olan, öz üzərində işləməyə vaxtı və enerjisi qalmayan) bizim alimlər belə intensiv inkişafla necə ayaqlaşa bilər? "Boloniya prosesi" tələblərinə görə, sabah biz Avropa universitetlərinin professorları ilə eyni standartlarla işləməli, icbari şəkildə tələbə-müəllim mübadiləsi etməliyik. Universitetlərimizin beynəlxalq akkreditasiyadan keçməsi üçün müəllimlərimiz beynəlxalq attestasiyadan keçməli olacaqlar. Hansı müasir biliklə, ən yaxşı halda keçən əsrin 80-ci illərinin səviyyəsi iləmi? Bu gün alimin, ali məktəb müəlliminin aldığı cüzi məvacib real olaraq onun heç kompüter və internet xərcini belə ödəmir.

 

Axırıncı dəyişiklik tarixi ( Wednesday, 18 July 2007 )
Davamı...
 
Sexsi maqazani nece acmaq olar? E-mail
İstifadəçi səsləri: / 6
Businessman
Wednesday, 18 July 2007

 Geyim mağazasının açılışından bir gün əvvəl onun sahibi peyda oldu. O, artıq dizaynı bəyənmiş, ticarət avadanlığına «hə» demiş, hətta çeşidin seçimi zamanı özü şəxsən iştirak etmişdi. Fikirli halda 400 kvadrat metr ticarət meydanını gəzdi. Hər şey yaxşı idi, lakin nə isə çatmırdı… «Bəs personal?!» - deyə o, dəhşət içində qışqırdı. Gülməyin, bu, olmuş əhvalatdır. Mağaza açanda nəyi unutmaq olmaz? Aşağıda naməlum qalmaq istəyən üç mağaza direktorunun köməyilə hazırlanmış çek vərəqi verilmişdir.

1. Mağazanın ideyasının seçilməsi. Ən vacib sual budur. Sizin satmağa hazırlaşdığınız şey bazara lazımdırmı? Seçilmiş sahədə mövcud rəqiblər necədir? Böyük, orta və ya kiçik mağaza? Fikirləşin, ticarətin təşkili forması necə olacaqdır – piştaxta, özünəxidmət və ya qarışıq? Bir mağaza, yoxsa şəbəkə? 

Axırıncı dəyişiklik tarixi ( Wednesday, 18 July 2007 )
Davamı...
 
Insanlarin hereketleri neye esaslanir:Motivlerin tipologiyasi E-mail
İstifadəçi səsləri: / 3
Psixologiya
Tuesday, 17 July 2007
 İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndiri, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək.
Özünütəsdiq motivi –özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir.
Başqa insanlarla identifikasiya motivi – hər hansı qəhrəmana, pərəstişgaha, nüfuzlu şəxsə (ataya, müəllimə və s.) oxşamaq cəhdidir. Bu motiv insanı işləməyə və inkişaf etməyə sövq edir. Bu, başqa insanlara bənzəməyə çalışan yeniyetmələr üçün xüsusilə aktualdır.
Axırıncı dəyişiklik tarixi ( Tuesday, 17 July 2007 )
Davamı...
 
<< Başlanğıc < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Son >>

Nəticələr 55 - 60 of 63